Prezidentin ünvanına başsağlığı teleqramları gəlməkdədir
Aprelin 30-da Bakıda Dövlət Neft Akademiyasında törədilən qanlı faciə ilə bağlı bir sıra ölkələrin dövlət və hökumət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına başsağlığı məktubları daxil olmaqda davam edir. Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, İngiltərənin xarici işlər naziri Devid Miliband, York hersoqu Şahzadə Endryu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Latviya Prezidenti Valdis Zatlers, Litva Prezidenti Valdas Adamkus, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ukrayna Prezidenti Viktor Yuşşenko, Estoniya Parlamenti sədrinin müavini Kristina Oyuland, Avropa İttifaqının cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Bilkənd Universitetinin qurucusu, professor İhsan Doğramacı Prezident İlham Əliyevə göndərdikləri başsağlığı məktublarında baş vermiş faciədən dərin kədər hissi keçirdiklərini və Azərbaycan xalqının dərdinə şərik olduqlarını qeyd ediblər.