PDF Oxu

Siyasət

  • 22

Dmitri Medvedev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

Dmitri Medvedev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyev Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə əlaqədar dövlət başçımız İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda Rusiya dövlətinin hadisədən təəssüf keçirdiyi qeyd olunub. "Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisə ilə bağlı xəbərlərdən sarsıldım. Biz çox kədərlənirik ki, bu faciədə həlak olan insanlar, tələbələr gələcək planları ilə yaşayan gənclərdir. Mən sizə və bu hadisədə həlak olanların yaxınlarına başsağlığı verirəm və yaralananların tezliklə sağalmasını arzulayıram", - deyə prezident Dmitri Medvedyevin teleqramında bildirilir.

Digər xəbərlər