Prezident İlham Əliyev Avropa İttifaqı Nazirlər Şurasının baş katibi Xavyer Solana ilə görüşüb
Aprelin 29-da Brüsseldə Prezident İlham Əliyev Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə, regiondakı vəziyyətə, enerji əməkdaşlığına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə həllinə dair fikir mübadiləsi aparıldı.