PDF Oxu

Siyasət

  • 10

PREZİDENT İLHAM ƏLİYEV BELÇİKANIN BAŞ NAZİRİ HERMAN VAN ROMPEY İLƏ GÖRÜŞÜB

PREZİDENT İLHAM ƏLİYEV BELÇİKANIN BAŞ NAZİRİ HERMAN VAN ROMPEY İLƏ GÖRÜŞÜB
Prezident İlham Əliyev aprelin 28-də Brüsseldə Belçika Krallığının Baş naziri Herman Van Rompey ilə görüşüb. Baş nazir Herman Van Rompey Azərbaycan Prezidenti İlham Əliyevi binanın önündə böyük səmimiyyətlə qarşıladı. Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, siyasi əlaqələrin genişlənməsindən məmnunluq ifadə olundu.
Azərbaycan Prezidentinin Belçikaya səfərinin əlaqələrimizin daha da inkişafı baxımından əhəmiyyətinin vurğulandığı görüşdə qeyd olundu ki, qarşılıqlı səfərlər əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. Bildirildi ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişafı üçün də yaxşı imkanlar vardır. Görüşdə Azərbaycan ilə Belçika arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulandı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmli rolunun qeyd edildiyi görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər xəbərlər