Prezident İlham Əliyev İran İslam Respublikasının sərhəd polisinin komandanı general-mayor Qasım Rzayini qəbul edib
Prezident İlham Əliyev aprelin 24-də İran İslam Respublikası Sərhəd Polisinin komandanı general-mayor Qasım Rzayini qəbul edib.
Görüşdə Azərbaycana qonşu ölkələr olan İranın və Rusiyanın sərhəd xidməti rəhbərlərinin toplantılarının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı. Birgə məsələlərin müzakirəsi və eləcə də ölkələrimiz arasında regional əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin önəmi qeyd olundu və bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi bildirildi.