Prezident bir sıra sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi, Cəlal Cəlil oğlu Qasımovun Azərbaycan Respublikasının Slovakiya Respublikasında fəxri konsulu təyin edilməsi, Bakı Dövlət Universitetinin 90 illik yubileyinin layiqincə qeyd olunması, Marqarita Kostanın İtaliya Respublikasının Genuya şəhərində və Liquriya, Pyemont, Valle d"Aosta, Lombardiya regionlarında Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında Sərəncamlar imzalayıb.