Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Prezidentin mətbuat xidmətinin məlumatına görə, aprelin 23-də Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Abdullah Gül Türkiyə-Ermənistan arasında aparılan danışıqlar barədə dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev bu məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini Türkiyə Prezidenti Abdullah Gülə çatdırıb.