Prezident İlham Əliyev Roma Papası 16-cı Benidikt həzrətlərinə təbrik məktubu göndərib.
Ölkə Prezidentinin məktubunda deyilir: "Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan ilə Vatikan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ümumbəşəri dəyərlərin, insanlar arasında qarşılıqlı anlaşmanın və həmrəyliyin bərqərar olmasına töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali xidmətinizdə uğurlar, həmməzhəblərinizə sülh və rifah diləyirəm."