PDF Oxu

Siyasət

  • 7

MİLLİ MƏCLİSİN DEPUTATLARI AŞPA-NIN YAZ SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR

MİLLİ MƏCLİSİN DEPUTATLARI AŞPA-NIN YAZ SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
Aprelin 27-dən 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva və Sabir Hacıyev tədbirdə iştirak etmək üçün aprelin 25-də Fransaya səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, toplantıda Azərbaycanda keçirilmiş referendumun, eləcə də Makedoniyada prezident, Moldovada və Çernoqoriyada parlament seçkilərinin nəticələri, Gürcüstan-Rusiya münasibətləri, fövqəladə vəziyyətlərdə insan hüquqlarının qorunması, gender prinsipləri və digər məsələlər müzakirə ediləcək. Deputatlarımız müzakirə olunan məsələlərə öz münasibətlərini bildirəcəklər.

Digər xəbərlər