PDF Oxu

Siyasət

  • 11

Ölkəmizdə inkişaf və quruculuq işləri genişlənir

Ölkəmizdə inkişaf və quruculuq işləri genişlənir
Prezident İlham Əliyev aprelin 23-də "Hava limanı" yarımstansiyasında aparılmış yenidənqurma işləri ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, dövlət əhəmiyyətli obyekt olan Heydər Əliyev adına Beynəlxalq hava limanının elektrik enerjisinə tələbatını ödəmək məqsədi ilə köhnə 110/10 kilovoltluq yarımstansiyanın əvəzinə tamamilə müasir tipli 1103510 kilovoltluq yeni "Hava limanı" yarımstansiyası inşa edilib. Bildirildi ki, "Siemens" firmasının istehsalı olan ən müasir elektrik avadanlığının quraşdırıldığı yarımstansiyada eleqaz açarlarla təchiz olunmuş 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular tikilib istismara verilib. Yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan 1103510 kilovoltluq iki transformator quraşdırılmışdır. Bir hektar sahəsi olan yarımstansiyanın ərazisində əsaslı abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınıb. Yarımstansiya aeroport yolunun ətrafında inşa edilən biznes mərkəzlərinin və digər obyektlərin də elektrik enerjisi ilə fasiləsiz təchizatına, həmçinin gələcəkdə burada inşa olunacaq 35 kilovoltluq yarımstansiyaların qidalandırılmasına imkan yaradacaq.
Obyektin elektrik enerjisi təchizatı üzrə xüsusi kateqoriyaya aid olması nəzərə alınaraq, 220/110 kilovoltluq "Hövsan" yarımstansiyasından buraya birbaşa 16,1 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq hava elektrik ötürücü xətti də çəkilib. Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Digər xəbərlər