PREZİDENT FƏRMAN VƏ SƏRƏNCAMLAR İMZALAYIB
Prezident İlham Əliyev bir sıra Sərəncam və Fərmanlar imzalayıb. Buraya "Azərbaycan Bəstəkarlar İttifaqının maddi-texniki bazasının yaxşılaşdırılması haqqında", 2008-ci il noyabrın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Bankı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu"n təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında" 2009-cu il fevralın 16-da Afina şəhərində imzalanmış Saziş təsdiq edilməsinə dair,"Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" 2009-cu il fevralın 16-da Afina şəhərində imzalanmış Konvensiyanın təsdiq edilməsi barəsində, Azərbaycan Bəstəkarlar İttifaqına zəruri avadanlıqların alınması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat məbləğində vəsait ayrılması barəsində, 2007-ci il dekabrın 14-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurası tərəfindən qəbul edilmiş "Malın müəyyən ölkə mənşəli hesab olunması üçün həmin ölkədə həyata keçirilmiş istehsal və texnoloji əməliyyatların, şərtlərin siyahısına dəyişiklik edilməsi haqqında" Qərarın təsdiq edilməsi barəsində Sərəncamlar daxildir.