PDF Oxu

Siyasət

  • 13

HİNDİSTAN AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR

HİNDİSTAN AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən Oqtay Əsədov ölkələrimiz arasındakı əlaqələrdən, beynəlxalq təşkilatlarda birgə fəaliyyətdən və münasibətlərimizin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. Mədəni və humanitar sahələrdə ikitərəfli əlaqələrə toxunan Milli Məclisin sədri qeyd edib ki, hələ Sovetlər dövründə Azərbaycanda Hindistan filmlərinə böyük maraq var idi. 2005-ci ildə Azərbaycanda Hind filmləri festivalının keçirilməsi heç də təsadüfi olmamışdır. Lakin xalqlarımızı və ölkələrimizi bir-birimizə daha yaxından tanıtmaq üçün səylərimizi artırmalıyıq.
O.Əsədov Azərbaycan və Hindistan parlamentlərarası əlaqələrdən bəhs etmiş, bunun inkişaf etdirilməsi üçün dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Spiker Azərbaycanın ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq normalara uyğun həlli ilə bağlı atılan addımlar barədə məlumat verərək, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə daim hörmət bəslədiyi üçün Hindistan xalqına və hökumətinə minnətdarlığını bildirib. Milli Məclisin sədri ikitərəfli münasibətlərin daha da dərinləşməsində və genişlənməsində səfirin böyük fəallıq göstərəcəyinə ümidvar olduğunu bildirmiş və ona fəaliyyətində uğurlar arzuladı.
Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Debnad Şou Hindistan Prezidentinin və parlamenti sədrinin salamlarını Oqtay Əsədova çatdırıb. Diplomat qeyd edib ki, Hindistanda Azərbaycan ilə əlaqələrin inkişafına aydın baxış mövcuddur. O, bu əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyini və etimadı doğruldacağını söyləyib. "Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırıq, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdarıq" - deyən səfir Azərbaycanın bölgədə inkişaf etmiş və xüsusi rola malik bir ölkə olduğunu məmnunluqla qeyd edib. Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, ölkələrimizin investisiya imkanları, informasiya texnologiyaları sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da möhkəmlənməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər