PREZİDENT İLHAM ƏLİYEV İİR-NIN ÖLKƏMİZDƏKİ SƏFİRİ NƏSİR HƏMİDİ ZARENİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nəsir Həmidi Zareni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında əlamətdar hadisələrin baş verdiyini, qarşılıqlı səfərlərin, müxtəlif səviyyəli görüşlərin keçirildiyini və ayrı-ayrı anlaşmaların əldə edildiyini vurğuladı. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Nəsir Həmidi Zare səfir kimi çalışdığı müddətdə hər iki ölkə rəhbərlərinin müəyyənləşdirdikləri istiqamətə uyğun olaraq, Azərbaycanla İran arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini vurğuladı və qarşılıqlı münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini söylədi.