AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVAYA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞÜB
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Moskvaya işgüzar səfərə yola düşüb.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
Aprelin 16-da Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib. Moskvanın "Vnukovo-2" hava limanında Azərbaycan dövlətinin başçısını və onun xanımı Mehriban Əliyevanı Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.