PREZİDENT BİR SIRA FƏRMANLAR İMZALAYIB
Ölkə Prezidenti İlham Əliyev bir sıra Fərman imzalayıb. Buraya "Arıçılıq haqqında" Azərbaycan Respublikasının 2009-cu il 2 fevral tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 17 mart tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsinə dair, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında 2009-cu il martın 10-da Tehran şəhərində imzalanmış bir sıra sənədlərin təsdiq olunması haqqında, Azərbaycan Respublikası və Küveyt Dövləti arasında 2009-cu il fevralın 10-da Əl-Küveyt şəhərində imzalanmış sənədlərin təsdiq edilməsinə dair, "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi haqqında Fərmanlar daxildir. Ölkə Prezidenti həmçinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət Komitəsinin yaraldılması ilə əlaqədər Azərbaycan Respudikası Prezidentinin bəzi Fərman və Sərəncamlarında dəyişiklik edilməsi haqqında da Fərman imzalayıb.