PREZİDENT İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRİ MƏTYU BRAYZƏNİ QƏBUL EDİB
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Mətyu Brayzəni qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.