PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN İLƏ İSVEÇRƏ ARASINDA TİCARƏT VƏ İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ BİRGƏ KOMİSSİYANIN AZƏRBAYCAN TƏRƏFİNDƏN YENİ TƏRKİBİNİ TƏSDİQ EDİB
Aprelin 14-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb. İqtisadi inkişaf naziri Şahin Mustafayevin həmsədrlik edəcəyi komissiyanın Azərbaycan tərəfindən tərkibinə xarici işlər, ədliyyə, maliyyə, vergilər nazirlərinin müavinləri, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Mərkəzi Bankın sədrinin müavini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin birinci müavini, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti və ölkəmizin İsveçrə Konfederasiyasındakı səfiri daxildirlər.