PDF Oxu

Siyasət

  • 11

PREZİDENT İLHAM ƏLİYEV ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ƏBDÜLƏZİZ BUTEFLİKAYA TƏBRİK MƏKTBU GÖNDƏRİB

PREZİDENT İLHAM ƏLİYEV ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ƏBDÜLƏZİZ BUTEFLİKAYA TƏBRİK MƏKTBU GÖNDƏRİB
Ölkə Prezidentinin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Əlcəzair arasında tarixən təşəkkül tapmış dostluq ənənələrini qoruyub yaşatmaq, əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirmək istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əlcəzair xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm."

Digər xəbərlər