Prezident İlham Əliyev Polşa Prezidenti Lex Kaçinskiyə başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Polşa Prezidenti Lex Kaçinskiyə başsağlığı məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident, Kamen-Pomorski şəhərindəki sosial sığınacaqda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, bütün Polşa xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm."