Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq Azərbaycanda mədəniyyət, səhiyyə və təhsilin inkişafında böyük xidmətlərinə görə, Bağırov Adil Kamil oğlu, Hüseynova Solmaz Hüseyn qızı, Xəlilov Fərhad Qurban oğlu, Kərimov Yəhya Şəfi oğlu və Mirzəyev Həsən İbrahim oğlu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinə layiq görülüblər