VİKTOR YUŞŞENKO ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB
Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenko aprelin 10-da Fəxri xiyabana gəlib.
Burada ali qonağı və Ukrayna nümayəndə heyətinin üzvlərini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar.
Prezident Viktor Yuşşenko Azərbaycan xalqının görkəmli oğlu ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini ehtiramla andı. Ukraynanın dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül qoydu.