PDF Oxu

Siyasət

  • 12

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Ukrayna Prezidenti Viktor Yuşşenko aprelin 10-da Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Viktor Yuşşenko Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları üstünə tər çiçəklər düzdü, "Əbədi məşəl" abidəsi önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi. Prezident Viktor Yuşşenko buradan Azərbaycan paytaxtının mənzərəsini seyr etdi. Ukrayna Prezidentini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər müşayiət edirdilər.

Digər xəbərlər