PDF Oxu

Siyasət

  • 11

AZƏRBAYCAN XALÇALARININ NÜMUNƏLƏRİ ZƏNGİN TƏƏSSÜRAT DOĞURUB

AZƏRBAYCAN XALÇALARININ NÜMUNƏLƏRİ ZƏNGİN TƏƏSSÜRAT DOĞURUB
Ukrayna Prezidenti Viktor Yuşşenko və xanımı Katerina Yuşşenko aprelin 10-da Azər-İlmə Məhdud Məsuliyyətli Cəmiyyətinin Sehrli ilmələr qalereyasında olublar. Ali qonağa və xanımına məlumat verildi ki, xalçaçılıq Azərbaycanın ən qədim el sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildiriblər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı Azər-lmənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara və sertifikatlara layiq görülmüşdür.
Müəssisədə yun və ipək saplardan toxunan, ilmələrin incəliyi və yüksək sıxlığı, tərtibatın originallığı, milli koloriti ilə seçilən xalçalar bütün beynəlxalq standartlara cavab verir. Sapları boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.
Ali qonaq və xanımı qalereyanın zəngin eksponatlarına baxdı, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət etdilər.
Ukraynanın birinci xanımı toxucuların köməyi ilə hanada toxunan original kompozisiyalı xalçaya bir neçə ilmə də vurdu.

Digər xəbərlər