PDF Oxu

Siyasət

  • 11

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ OLUB

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ OLUB
Aprelin 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olub. Görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu.
Dövlət başçıları ikitərəfli münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladılar. Bildirildi ki, səfər zamanı imzalanacaq sənədlər Azərbaycan ilə Ukrayna arasında əlaqələrin daha da dərinləşməsinə yaxşı zəmin yaradacaq. Prezidentlər ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliklərini söylədilər.

Digər xəbərlər