PDF Oxu

Siyasət

  • 8

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKO HAVA LİMANINDA QARŞILANIB

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKO HAVA LİMANINDA QARŞILANIB
Aprelin 9-da Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ukrayna dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar Ukrayna Prezidentinə və xanımı Katerina Yuşşenkoya gül dəstələri təqdim etdilər. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Viktor Yuşşenko və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.

Digər xəbərlər