PDF Oxu

Siyasət

  • 12

ABŞ-Azərbaycan əməkdaşlığı genişlənir

ABŞ-Azərbaycan əməkdaşlığı genişlənir
Aprelin 7-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Səmimi söhbət zamanı prezidentlər Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. ABŞ Prezidenti Türkiyə-Ermənistan münasibətləri ilə bağlı ABŞ dövlətinin atdığı addımlar barədə danışıblar. Azərbaycan Prezidenti bu məsələ ilə əlaqədar Azərbaycan dövlətinin mövqeyini Prezident Obamaya çatdırıb. Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər