PDF Oxu

Siyasət

  • 9

Prezident Fərmanlar imzalayıb

Prezident Fərmanlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Ölkə Prezidentinin imzaladığı Fərmanda "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının ərazisində daimi və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsinin, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsinin, həmçinin Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma muddətinin uzadılması barədə qərarın təsviri, spesifikasiyası və nümunəsinin təsdiq edilməsi qeyd olunur. Fərmanda eyni zamanda Nazirlər Kabinetinə tapşırılır ki, 1 ay müddətində bu Fərmanın 1-ci bəndində göstərilən sənədlərin blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etsin və bu barədə Prezidentə məlumat versin. Ölkə Prezidentinin Fərmanında, bu Fərmanın 1-ci bəndində göstərilən sənədlərin verilməsi üçün alınan dövlət rüsumunun məbləğlərinə dair təkliflərini Prezidentə təqdim edilməsi, Fərmanın 1-ci bəndində göstərilən sənədlərin blanklarının ciddi hesabat sənədi kimi ucotu qaydalarını müəyyən edilməsi və bu ölkə Prezidentinə məlumat verilməsi, qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Dövlət başçısına təqdim edilməsi, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edilməsi və bu barədə Prezidentə məlumat verilməsi, öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etməsi barədə Nazirlər Kabinetinə göstəriş verilir.
* * *
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsinə dair Fərman imzalayıb. Prezidentin imzaladığı Fərmanda, hüquqi şəxslərin yaradılması və ləğvi barədə Şuraya təkliflərin təqdim olunması, Şuranın iclaslarında baxılacaq müvafiq sənədlərin, o cümlədən təqdim olunan layihələrin öyrənilməsi və qiymətləndirilməsi, onlara dair müqavilələrin hazırlanması məqsədi ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və qeyri-hökumət təşkilatlarının mütəxəssislərindən ibarət ekspert qruplarının yaradılması və onların tərkibi barədə Şuraya təkliflərin təqdim edilməsi barədə əlavə və dəyişikliklər təsdiq olunub.

Digər xəbərlər