PDF Oxu

Siyasət

  • 10

Prezident Fərman imzalayıb

Prezident Fərman imzalayıb
Prezident İlham Əliyev lAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yaradılması Haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-Ci İl 19 Mart Tarixli 560 Nömrəli Fərmanına Əlavələr və Dəyişikliklər Edilməsi Barədə Fərman imzalayıb. Ölkə Prezidentinin imzaladığı Fərmanda Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş lAzərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"yə bir sıra əlavələr və dəyişikliklər edilməsi qeyd olunur. Ölkə Prezidentinin Fərmanına əsasən, Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində Dövlət Miqrasiya Xidmətində qulluq keçmə haqqında əsasnamə layihəsini və qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bundan başqa, Nazirlər Kabinetinə tapşırılır ki, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, həmçinin öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Digər xəbərlər