PDF Oxu

Siyasət

  • 11

Azərbaycan Litva tərəfdaşlığı genişlənir

Azərbaycan Litva tərəfdaşlığı genişlənir
Prezident İlham Əliyev aprelin 7-də Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanla Litva  arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Litvanın xarici işlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev əminliklə bildirdi ki, bu səfər daim genişlənməkdə olan ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Bakıya ilk dəfə səfər etdiyini deyən Viqaudas Uşatskas paytaxtımızın nümayəndə heyətində xoş təəssürat doğurduğunu söylədi. Bakının İslam mədəniyyətinin paytaxtı, Vilnüsün isə Avropa mədəniyyətinin paytaxtı olduğunu bildirən qonaq bunun mədəni əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyini vurğuladı.

Digər xəbərlər