PDF Oxu

Siyasət

  • 9

AZƏRBAYCAN - RUSİYA ƏLAQƏLƏRİ UĞURLA İNKİŞAF EDİR

AZƏRBAYCAN - RUSİYA ƏLAQƏLƏRİ UĞURLA İNKİŞAF EDİR
Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, aprelin 3-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısına Londonda "Böyük iyirmilər"in sammitinin yekunları və dünya iqtisadi böhranının həllinə yönəlmiş qərarlar barədə məlumat verib. Dövlət başçıları dünyada iqtisadi böhranla əlaqədar yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan və Rusiya prezidentləri, eyni zamanda, ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluqlarını ifadə etmiş və əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər. Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Digər xəbərlər