PDF Oxu

Siyasət

  • 8

PREZİDENT İLHAM ƏLİYEV MƏRAKEŞ KRALLIĞININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB

PREZİDENT İLHAM ƏLİYEV MƏRAKEŞ KRALLIĞININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həsən Haminin etimadnaməsini qəbul edib.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Həsən Hami etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Azərbaycanla Mərakeş arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, fəaliyyəti dövründə səfir ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Səfir Bakıya gəldiyi vaxtdan ölkəmizdə böyük inkişafın şahidi olduğunu dedi. Həsən Hami ölkəmizdə səmərəli fəaliyyəti üçün göstərilən diqqətə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi, qarşılıqlı əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Digər xəbərlər