PDF Oxu

Siyasət

  • 8

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYA XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ GERNOT ERLERİ QƏBUL EDİB

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYA XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ GERNOT ERLERİ QƏBUL EDİB
Ölkə başçısı İlham Əliyev aprelin 2-də Almaniya xarici işlər nazirinin müavini Gernot Erlerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Gernot Erler ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi, Milli Məclisdə, xüsusilə Azərbaycan-Almaniya dostluq qrupunun üzvləri ilə səmərəli müzakirələr apardıqlarını bildirdi. Səfəri müddətində Səngəçal terminalında da olduqlarını deyən qonaq bu tanışlığın onlarda böyük təəssürat doğurduğunu söylədi.
Azərbaycanla Almaniya arasında münasibətlərin genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin perspektivlərinin və eləcə də regionda gedən proseslərin müzakirə edilməsi baxımından bu səfərin yaxşı imkan yaratdığını vurğuladı.

Digər xəbərlər