PDF Oxu

Siyasət

  • 17

“RƏSMİ BERLİN CƏNUBİ QAFQAZ REGİONUNDA SÜLH VƏ SABİTLİYİN QORUNMASINDA MARAQLIDIR”

“RƏSMİ BERLİN CƏNUBİ QAFQAZ REGİONUNDA SÜLH VƏ SABİTLİYİN QORUNMASINDA MARAQLIDIR”
Bakıda səfərdə olan Almaniyanın xarici işlər nazirinin müavini Qernot Erler bəyan etmişdir ki, rəsmi Berlin Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunmasında maraqlıdır.
Azərbaycana səfərinin əsas məqsədinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və regionda sabitliklə bağlı vəziyyət barədə məlumat əldə etmək istəyi olduğunu deyən almaniyalı diplomat qeyd etmişdir ki, "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin təhlükəsizliyi vacib məsələdir.
Qernot Erler bildirmişdir ki, bu layihə regionun inkişafı üçün çox vacibdir. Avropa İttifaqı tərəfindən "Şərq tərəfdaşlığı" proqramı üçün 600 milyon avro ayrılacağını deyən nazir müavini, bu vəsaitin infrastrukturun və demokratikləşmə prosesinin inkişafı üçün nəzərdə tutulduğunu söyləmişdir.

Digər xəbərlər