PREZİDENT SƏRƏNCAM İMZALAYIB
Azərbaycan Prezidenti İlham Əliyev Şəmsəddin Hüseynqulu Oğlu Xanbabayevi Dövlət Qulluğunda Səmərəli Fəaliyyətinə Görə "Şöhrət" ordeni ilə təltif edib. Prezidentin digər sərəncamı ilə Nizami Manaf Oğlu Xudiyev də "Şöhrət" ordeni ilə təltif olunub. N.Xudiyev bu ada respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə layiq görülüb.