DEPUTATLARIMIZ ALMANİYADAKI DİASPORA ÜZVLƏRİMİZLƏ GÖRÜŞÜBLƏR
Milli Məclisin Almaniya-Azərbaycan dostluq qrupunun üzvləri Berlin şəhərində Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində Azərbaycan diasporunun üzvləri ilə görüşüblər. Milli Məclisin regional məsələlər daimi komissiyasının sədr müavini Fəttah Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Rövşən Rzayev, Nizami İskəndərov, Fuad Muradov, Çingiz Əsədullayev, Fazil Mustafayev Berlində yaşayan soydaşlarımızla görüşündə ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış etmiş, Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılova qonaqları salamlayaraq mərkəzin fəaliyyəti haqqında məlumat vermişdir.
Görüşdə qeyd edilib ki, son zamanlar Azərbaycan diasporunun işi çox canlanmışdır və özünün yetkinlik dövrünü yaşayır. Azərbaycanın dövlət qurumları indi Avropa ilə əlaqəni yeni formada, müasir dövrə uyğun, işgüzar tərzdə və ən əsası diasporun rolunu nəzərə alaraq təşkil edirlər. Bu məqamda Azərbaycanın Almaniyadakı səfirliyinin, Diaspor ilə İş Üzrə Dövlət Komitəsinin, həmçinin Milli Məclis deputatlarının diasporaya diqqəti xüsusi qeyd olunub.
Vurğulanıb ki, ölkəmizlə xaricdə yaşayan azərbaycanlılar arasıanda əlaqələr sistemli xarakter alıb və dinamik şəkildə inkişaf edir.