PREZİDENT İLHAM ƏLİYEV İRLANDİYA PREZİDENTİ XANIM MERİ MAKALİSƏ MÜQƏDDƏS PATRİK GÜNÜ İLƏ BAĞLI TƏBRİK MƏKTUBU GÖNDƏRİB
Məktubda deyilir: "Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İrlandiya arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost İrlandiya xalqına sülh və firavanlıq diləyirəm."