PDF Oxu

Siyasət

  • 7

Azərbaycan-Fransa əlaqələri mökəmlənir

Azərbaycan-Fransa əlaqələri mökəmlənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Fransa Senatının keçmiş sədri, senator Kristian Ponsöleni qəbul edib.
Senator Kristian Ponsöle ölkəmizə səfərindən məmnunluğunu bildirib, ulu öndər Heydər Əliyevlə görüşlərini böyük ehtiramla xatırlayıb. O, Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu və bunun onda xoş təəssürat yaratdığını bildirib.
Prezident İlham Əliyev Kristian Ponsölenin Azərbaycanla Fransa arasında dostluq münasibətlərinin möhkəmlənməsindəki rolunu xüsusi vurğulayıb və onun ölkəmizlə əlaqələrinin bundan sonra da davam etdirəcəyinə əminliyini söyləyib.

Digər xəbərlər