PDF Oxu

Siyasət

  • 4

Prezident İlham Əliyev Vasili İstratovu qəbul edib

Prezident İlham Əliyev Vasili İstratovu qəbul edib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vasili İstratovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Prezident İlham Əliyev Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb və Bakıda diplomatik fəaliyyəti dövründə səfirin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə bildirən İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Vasili İstratov da ölkəmizdəki səfirlik fəaliyyətinə verilən qiymətə görə dövlət başçısına minnətdarlıq edib. O, iki ölkənin prezidentləri arasında olan səmimi münasibətlərin qarşılıqlı əlaqələrin inkişafındakı rolunu xüsusi vurğulayıb və Azərbaycanda səfir kimi çalışmasından məmnun qaldığını bildirib.

Digər xəbərlər