PDF Oxu

Siyasət

  • 3

PREZİDENT İLHAM ƏLİYEV ÇOLPON BAYEKOVANI QƏBUL ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV ÇOLPON BAYEKOVANI QƏBUL ETMİŞDİR
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan parlamenti (Joqorku Keneş) sədrinin birinci müavini Çolpon Bayekovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xanım Çolpon Bayekova bildirdi ki, Bakıya səfərinin əsas məqsədi parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaq, habelə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş kitabın təqdimat mərasimində iştirak etmək və Azərbaycanda yazıçının yubiley tədbirlərinin keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etməkdir. 
Dövlətimizin başçısı Azərbaycanda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında ikitərəfli münasibətləri bütün səviyyələrdə, o cümlədən parlamentlərarası  əlaqələr sahəsində də  genişləndirməyin zəruriliyini vurğuladı.

Digər xəbərlər