PDF Oxu

Siyasət

  • 4

Daxili Qoşunların hərbi qulluqçuları təltif edilib

Daxili Qoşunların hərbi qulluqçuları təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiklərinə görə Daxili Qoşunların hərbi qulluqçularını mükafatlandırıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, sərəncama əsasən, leytenant Hüseynov İlham Tofiq oğlu və çavuş Yolçuyev Əli Kərim oğlu ölümlərindən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Prezidentin digər sərəcamı ilə daxili qoşunların 8 zabiti "Hərbi xidmətlərə görə" medalına layiq görülüb. Bundan əlavə, hərbi xidmətinə görə tibb xidməti polkovniki Əliyev Elçin Vəli oğlu, polkovnik İsmayılov İlham İsmayıl oğlu, polkovnik Qurbanov Cəbrayıl Qurban oğlu, polkovnik-leytenant Abdurəhmanov Salman Nəriman oğlu, polkovnik-leytenant Budaqov Məftun Məmməd oğlu, polkovnik-leytenant Salehov Səftər Sabir oğlu, mayor Xasayev Sədrəddin Məmməd oğluna və ölümündən sonra baş leytenant Mahmudov Zahid Alı oğlu medalla mükafatlandırılıblar.

Digər xəbərlər