PDF Oxu

Siyasət

  • 8

SERGEY LAVROV AZƏRBAYCANASƏFƏRƏ GƏLMİŞDİR

SERGEY LAVROV AZƏRBAYCANASƏFƏRƏ GƏLMİŞDİR
Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlmişdir. İki gün davam edəcək səfər çərçivəsində Rusiyalı nazirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcəkdir.
Görüşlərdə bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsi, habelə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və regional məsələlər barədə geniş fikir mübadiləsi aparılacaqdır.
Bundan əlavə, Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannamənin yerinə yetirilməsinin yekunları müzakirə ediləcəkdir.
S.Lavrov Azərbaycana səfəri çərçivəsində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılış mərasimində də iştirak edəcəkdir.

Digər xəbərlər