PDF Oxu

Siyasət

  • 6

PREZİDENT İLHAM ƏLİYEV ÇXR-nin ÖLKƏMİZDƏKİ SƏFİRİ ÇJAN XAYÇJOUNU QƏBUL ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV ÇXR-nin ÖLKƏMİZDƏKİ SƏFİRİ ÇJAN XAYÇJOUNU QƏBUL ETMİŞDİR
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Xayçjounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar  qəbul etmişdir.
Azərbaycanda səfir vəzifəsində çalışmasından böyük şərəf duyduğunu söyləyən səfir iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, qarşılıqlı münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.    
Dövlətimizin başçısı səfir Çjan Xayçjounun Azərbaycanda fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da möhkəmləndiyini vurğuladı. Azərbaycan ilə Çin arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın yaxşı inkişaf etdiyini bildirdi. Bu işə səfirin də töhfələr verdiyini vurğulayan dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Digər xəbərlər