PDF Oxu

Siyasət

  • 3

AZƏRBAYCAN PREZİDENTİ BRUNO PUEZANI QƏBUL EDİB

AZƏRBAYCAN PREZİDENTİ BRUNO PUEZANI QƏBUL EDİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rəhbəri Bruno Puezanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı ölkəmizlə BMT arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı və tərəfdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Bruno Pueza Azərbaycanın BMT-nin İnsan Hüquqları Komissiyasına təqdim etdiyi hesabatın yüksək qiymətləndirildiyini və bunun davamlı inkişafın nəticəsi kimi dəyərləndirildiyini vurğuladı.
Görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Digər xəbərlər