Oloxan Musayev xüsusi təqaüdə layiq görülüb
Prezident İlham Əliyev Oloxan İsayeviç Musayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Oloxan Musayev bu təqaüdə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında" 10 oktyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq layiq görülüb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.