Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Məmmədov Ceyhun Məhəmməd oğlu "Şöhrət" ordeni ilə, Aşurlu İsrafil Əli oğlu, Babayev Faiq Abuzər oğlu ,Mədətov İlham İsa oğlu "Tərəqqi" medalı ilə, Əliyev Ərçə Fərrux oğlu, Əliyev Ramiz Salman oğlu, Həsənov Mütalib Mirzə oğlu, Quliyev Asif Yusif oğlu, Rzayev Əfqan Savalan oğlu, Rzayev Rafiq Əli-Heydər oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.