PREZİDENTİN İCRA APARATININ RƏHBƏRİ
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinlə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə Rusiya Federasiyası Prezidentinin Administrasiyası arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.