PDF Oxu

Siyasət

  • 2

Azərbaycan-Rusiya əlaqələri daha da genişlənir

Azərbaycan-Rusiya əlaqələri daha da genişlənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılmasının humanitar sahədə əməkdaşlığın, ümumən iki ölkə arasındakı münasibətlərin genişlənməsində əhəmiyyəti vurğulandı. Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin qarşılıqlı əlaqələrin genişlənməsinə töhfə verdiyi bildirildi. Görüşdə ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Digər xəbərlər