Dövlət Neft Fondunun büdcəsi təsdiq edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin gəlirləri 8 361 016,3 min manat, xərcləri 5 319 534,9 min manat məbləğində təsdiq edilib.
Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin icrası ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncam əsasən, "2009-cu il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)", Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası təsdiq edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoruna müvafiq Fərman və Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.