“GÖMRÜK TARİFİ HAQQINDA” QANUNA DƏYİŞİKLİKLƏR TƏTBİQ EDİLƏCƏK
Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 758-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi haqqında Fərman imzalayıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; öz səlahiyyətləri daxilində "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Müvafiq Fərmana əsasən, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilməsi müəyyənləşdirilib.