PREZİDENT İLHAM ƏLİYEV PRİDON TODUANI QƏBUL EDİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Gürcüstan parlamenti sədrinin müavini Pridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin genişlənməsində bu səfərin əhəmiyyətini vurğuladı və ümidvar olduğunu bildirdi ki, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək baxımından səfər səmərəli olacaqdır.
Pridon Todua vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşdüyünü xatırladı və bundan böyük şərəf duyduğunu dedi. O, parlamentlərarası əlaqələrin genişlənməsinin vacibliyini vurğuladı və bu səfərin əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.